!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Parklanma qaydalarının pozulmasına görə yeni CƏRİMƏLƏR: Deputat etiraz etdi

!Reklam – Yazi

“Cərimələrin tətbiqi cəmiyyətin müxtəlif sahələrində, təbii ki, müəyyən qədər nizamlamaya səbəb olur. Amma cərimələrin artması, cərimələrin daha da sərtləşdirilməsi qayda-qanunun yüz faiz həyata keçirilməsi anlamına gəlmir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının (MCP) sədri Razi Nurullayev deyib.

 

Deputat parklanma qaydalarının pozulmasına görə müəyyənləşən yeni cərimələrdən söz açıb.

Onun sözlərinə görə, əgər insanlar qanunlardan qorxsaydı, yaxud sərt qanunlar insanları çəkindirsəydi, bəlkə də heç kim insan öldürməyə əl qaldırmazdı, ağır cinayətlər törətməyə girişməzdi:

“Amma qanunların sərt olmasına baxmayaraq, bəzi ölkələrdə, hətta ağır cinayətlər törətmiş şəxslərə ömürlük həbs verilsə də, güllələnmə cəzası olsa da, yenə də insanlar onu törədirlər. Bu isə o deməkdir ki, cərimələri daima artırma, heç də həmin problemin həlli variantı deyil. Əslində, mən bunu doğru saymıram. O baxımdan da cərimələrin artırılması yox, bu sahədə maarifləndirmə və nizamlayıcı tədbirlərin görülməsi vacibdir. Parklanma, təbii ki, müəyyən yerlərdə var, amma elə olur ki, o parklanma insanların gedəcəyi yerdən çox uzaqdır”.

“Vətəndaşlar tələsir və şəhərdə doğrudan da çox böyük tıxaclar olur. İnsan gecikir və tez bir yer tapıb, orada parklanma edib, işinin dalınca getmək istəyir. Mənə belə gəlir ki, cərimələr o zaman tətbiq olunmalıdır ki, sərt cərimə də tətbiq oluna bilər ki, insanların rahatlığı üçün bütün imkanlar yaradılır, alternativ yollar qoyulur, alternativ parklanma olur. Yəni insanlar artıq kefindən, qaydaları pozanda, sən onu cərimələyərsən, hətta istəsən, ən böyük cəzanı verir. Amma Azərbaycanda parklanmanı pozan insanların bir çoxu bunu əlacsızlıqdan edir, kefindən etmir”, – MCP sədri qeyd edib.

“Bəzən görürəm ki, o parklanma qaydalarını kobud şəkildə pozanlar da olur. Bunlar tək-tük insanlardır. Deyək ki, bunlar belə məsuliyyətsiz vətəndaşlardır. Lakin bunlar çox azdır. Ona görə də cərimələrin daima artırılması vətəndaşlara qarşı ədalətsizlikdir. Mən bir misal çəkmək istəyirəm. Məsələn, yol çəkilir və o yol pullu yol olur. Amma bununla bərabər alternativ bir yol da çəkilir. İnsanlara deyilir ki, sən o alternativ yolla gedərsən, bəlkə də bir 10, 15 km daha artıq gedəcəksən, amma bu pullu yoldan 10 km az gedəcəksən və sürəti daha çox olacaq”, – deyə o, əlavə edib.

Partiya sədrinin sözlərinə görə, elə yer də var ki, alternativ yol yoxdur və həmin yerdə pullu yol xidməti də göstərilmir:

“Götürək, Bakı-Astara yolunu. Hələ ki Salyanın içərisindən keçən yol yenidən qurulur. O yol tam qurulub istifadəyə veriləndən sonra, yəqin həmin yol – Bakı-Astara yolu da pullu olacaq. Amma paytaxtda vətəndaşları parklanmaya görə cərimələyirlər və alternativ, yəni rahat parklanma yerləri yoxdur. İnsanlar bəzən bir park yerindən digər yerə getmək üçün çox böyük əziyyət çəkməli olurlar. Yaxud maşınını hər hansı bir parklanma yerində saxlayır və bilir ki, o axşam oradan çıxanda ən azı bir saat yarım tıxacda qalacaq. Bütün bu nüansları nəzərə almaq lazımdır. Amma bunlar nəzərə alınmır, elə dayanmadan müxtəlif sahələr üzrə cərimələr tətbiq olunur, şişirdirilir. Şəxsən mənim üçün bu qəbulolunmazdır”.

Rəfi Müslümov

COP29

www.yenicag.az

599
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv