Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Parlament seçkilərinin də vaxtından əvvəl keçirilməsi mümkündür” – Vurğun Əyyub

Reklam: High Technic

“Müxalifət partiyaları arasında zaman-zaman qarşıdurmalar olub və yenə olacaq.”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında müxalifət düşərgəsinin seçkisonrası durumunu dəyərləndirən Demokratiya və Rifah Hərəkatı (ADR) sədrinin birinci müavini Vurğun Əyyub deyib.

Vurğun Əyyub müxalifət qüvvələrinin parlament seçkilərinin vaxtından əvvəl keçirilmə ehtimalını ciddiyə almalarının vacibliyini deyib:

“Seçkilərdən sonra müxalifət daxilində əməkdaşlığın qurulması və yeni formatın yaradılması istiqamətində yəqin ki, işlər gedir. Eyni zamanda, müxalifət qüvvələri hakiniyyətin cari fəaliyyətini diqqətdə saxlayaraq, öz mövqeyini ifadə edəcək.

Bundan başqa, müxalifətin parlament seçkilərinə hazırlıq məsələsini də diqqtədə saxlayacağını düşünürəm.

Hakimiyyətin addımlarını proqnozlaşdırmaq çətin olduğundan, parlament seçkilərinin də vaxtından əvvəl keçirilməsi mümkündür.

Hazırda müxalifətdaxili münasibətlərdə xüsusi gərginliyin olması və qarşılıqlı inkarçılığa dair məlumatım yoxdur. Əgər belə hallar varsa, buna da təbii baxmaq lazımdır.

Çünki müxalifət partiyaları arasında zaman-zaman qarşıdurmalar olub və yenə olacaq. Ancaq bu durum düşərgə daxilində əməkdaşlıq imkanlarını qətiyyən aradan qaldırmır.

Məsələn, AXCP ilə Müsavat partiyaları arasında münasibətlər ən kəskin həddə çatdıqda belə, bu məqam onların əməkdaşlığına əngəl ola bilmədi. Bu baxımdan hesab edirəm ki, müxalifət qüvvələri əməkdaşlıq üçün mövcud olan imkanlardan istifadə edəcəklər”.

A.Zeynalov

www.yenicag.az

2129
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100