!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Parlamentdə daha bir kreslo boş qaldı - Milli Məclisdə neçə yer "sahibsiz"dir?

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, bu gün axşam saatlarında Milli Məclisin deputatı Qənirə Paşayeva müalicə aldığı xəstəxanada vəfat edib. Deputatın vəfat etməsi parlamentdə boş qalan yerlərin sayını yenidən gündəmə gətirib.

Yenicag.az xatırladır ki, Qənirə Paşayevanın vəfat etməsi ilə Milli Məclisdə boş qalan yerlərin sayı doqquza çatıb.

Belə ki, 2020-ci ilin fevralında keçirilmiş növbədənkənar parlament seçkilərindən sonra 4 dairə üzrə yerlər boş qalıb. Seçkilərdən cəmi 6 ay sonra 116 saylı Qəbələ seçki dairəsindən deputat seçilən Fəttah Heydərov da vəfat edib. Polisi döyməkdə təqsirləndirilən 55 saylı Xaçmaz şəhər dairəsindən deputat olan Eldəniz Səlimovun da deputat səlahiyyətlərinə xitam verilməsilə boş qalan yerlərin sayı altıya çatıb. İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilən Şahin Seyidzadənin də deputat səlahiyyətlərinə xitam verilib. Son olaraq isə iyulun 14-də deputat Madər Musayev vəfat etmişdi.

www.yenicag.az

1610
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv