Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Partiyaların ad və miras QOVĞASI: “Bu perspektivsiz iddiadan imtina olunması müsbət haldır” – BAP sədri

Reklam: High Technic

“Təcrübə də göstərib ki, hər hansı partiyanın adında yeni siyasi təşkilatın meydana çıxması birmənalı qarşılanmır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında deputat Razi Nurullayevin rəhbərlik etdiyi Xalq Cəbhəsi Partiyasının (AXCP) adını dəyişərək, Milli Cəbhə Partiyası (AMCP) adlandırılmasına münasibət bildirən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev deyib.

BAP sədrinin sözlərinə görə, əvvəl mövcud olmuş partiyanın adına yönəlik iddiadan imtina olunması müsbət haldır:

“Çox təəssüf ki, Azərbaycanda artıq mövcud olan bu və ya digər partiyaların adında yeni siyasi təşkilatların yaradılması praktikası var. Bu, əsasən, vaxtilə Xalq Cəbhəsinin “şinel”indən çıxmış partiyalarda daha qabarıq görünüb.

Çox təəssüf ki, mərhum Əbülfəz Elçibəyin vəfatından sonra Cəbhə bir neçə təşkilata parçalandı və onların hər biri partiyanın adına, siyasi mirasına iddia etdi. Lakin o partiyalardan bəziləri sonra öz adlarına müəyyən korrektələr etdilər.

İndi isə Xalq Cəbhəsi adina iddia edən partiyalardan birinin bu məsələyə yenidən baxaraq, adını dəyişməsini doğru qərar kimi qiymətləndirirəm. Təcrübə də göstərib ki, hər hansı partiyanın adında yeni siy siyasi təşkilatın meydana çıxması birmənalı qarşılanmır. Ona görə də, bu perspektivsiz iddiadan imtina olunması müsbət haldır. Yeni təşkilata uğurlar arzulayıram”.

A.Zeynalov

www.yenicag.az

4234