Partlayışda yaralanan azərbaycanlı məmur vəfat etdi

media-hightechnic-468x90

partlayis578Abşeron rayonunun Hökməli qəsəbəsində yerləşən villada baş verən partlayış zamanı ağır xəsarət alan “Azəravtoyol” ASC-nin aparat rəhbəri Müşviq Abbasov vəfat edib.

media-banner_tkm

Bu barədə AzNews.az-a qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. Bildirib ki, M.Abbasov bu gün Ankarada xəstəxanada vəfat edib.

Xatırladaq ki, oktyabrın 20-də Abşeron rayonunun Hökməli qəsəbəsi Koroğlu küçəsi döngə 5 ünvanında fərdi yaşayış evində partlayış baş verib. Hadisə zamanı ev sahibi Müşviq Abbasov, həyat yoldaşı Şəbruz Novruzova, 12 yaşlı qızları Leyla Abbasova ağır xəsarət alıblar, 3 yaşlı qızları Banuçiçək Abbasova isə ölüb.

M.Abbasov və həyat yoldaşı Türkiyədə xəstəxanaya yerləşdiriliblər.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05