Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Paşayeva 100 sakinlə təkbətək görüşdü, sonra... - FOTO

105 saylı Tovuz seçki dairəsindən deputatlığa namizəd Qənirə Paşayeva Tovuz rayonunda gün ərzində fərdi şəkildə görüşmək istəyən 100-dən artıq sakini qəbul edib.

Yenicag.az xəbər verir ki, görüşdə Q.Paşayeva onların problemləri, qayğı və təkliflərini dinləyib, sakinlərin qaldırdığı məsələlərin hamısına diqqətlə yanaşaraq bu barədə müvafiq qurumlara müraciətlər edəcəyini deyib.

Fərdi görüşlərdə iştirak edən seçicilər Q.Paşayevanın millət vəkili kimi 14 illik fəaliyyətini yüksək qiymətləndirdiklərini bildiriblər. Onlar vurğulayıblar ki, Q.Paşayeva sakinlərlə mütəmadi olaraq görüşüb, rayonun və onların problemlərinin həlli istiqamətində daim əlindən gələni edib.

“Biz bunların şahidiyik və bu seçkilərdə də sizə dəstəyimiz və etimadımız davam edəcək”, – sakinlər deyiblər.

Görüşlərdə iştirak edən sakinlərə dəstək və etimadları üçün təşəkkürünü bildirən Q.Paşayeva bundan sonra da onların etimadına layiq olmağa çalışacağını vurğulayıb.

Q.Paşayeva həmçinin bir sıra şəhid ailələri, müharibə əlilləri ilə də görüşüb, onların qayğıları ilə maraqlanıb.

Seçkilərdə təkrar ona dəstək və etimad göstərəcəyini deyən şəhid ailələri, Qarabağ müharibəsi əlillərinə, veteranlarına Q.Paşayeva dərin təşəkkürünü bildirib.

Q.Paşayeva həmçinin Qovlar şəhərini gəzərək sakinlərlə görüşüb.

www.yenicag.az

403
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100