Paşinyana sui-qəsd İDDİASI – Rusiyanın “terror maşını” yenə İŞƏ DÜŞÜR?

media-hightechnic-468x90

“Rusiyanın Azərbaycanda, Ermənistanda, Orta Asiya ölkələrində istənilən an, istənilən təxribatı törətməsini gözləmək olar”.

Bu sözləri Rusiyanın Cənubi Qafqaza artan təzyiqi, Ermənistanın vətəndaş müharibəsi ilə təhdid edilməsini Yenicag.az-a Böyük Azərbaycan Partiyasının (BAP) sədri, millət vəkili Elşad Musayev deyib.

media-elshad_musayev_in_2024

O, bildirib ki, Rusiya Cənubi Qafqaz üçün həmişə təhdid sayılmalıdır:

“Dövlətlərin məqsədlərinə baxmalıyıq. Rusiyanın, Azərbaycanın, Ermənistanın, Orta Asiya dövlətlərinin məqsədi nədir. Rusiyanın əsas məqsədi Ermənistanı nəzarəti altında saxlamaqdır. Rusiya Ermənistanı forpost qismində nəzarəti altında saxlayıb. Yeri gələndə, Ermənistana dəstək verib Azərbaycan torpaqlarını işğal edilməsində birbaşa əli olub. Ermənistanda hakimiyyət dəyişib. Rusiyanın da başı Ukrayna müharibəsinə qarışıb. Paşinyan da öz maraqları üçün gah Qərbə üz tutur, bəzən elə Rusiyaya sığınır. Ermənistanın bu siyasəti Rusiyanı qane etmir. Rusiya istəyir ki, Ermənistan birbaşa nəzarətində olsun və Moskvanın tapşırıqlarını sözsüz-söhbətsiz yerinə yetirsin. Paşinyan rusları qane etmədiyi üçün alternativ variantlardan istifadə etmək istəyirlər. Sarkisyan, Koçaryan kartından istifadə etmək istədilər. Ancaq onlara qarşı Ermənistan cəmiyyətində kütləvi nifrət var”.

“Rusiya qaba, güclə məsələləri həll etmək istəyən dövlətdir. Tarixən də belə olub. Rusiya məqsədinə çatmaq üçün istənilən təxribat törətməyə qadirdir. Rusiyanın Azərbaycanda, Ermənistanda, Orta Asiya ölkələrində istənilən an, istənilən təxribat törətməsini gözləmək olar. Necə ki, Azərbaycan təyyarəsini vurdular, Ermənistan parlamentində güllə-boran etdilər. Hər an hər şey edə bilərlər, sadəcə hazırda başları Ukrayna cəbhəsinə qarışıqdır. Rusiya siyasi rəhbərliyi açıq-aşkar imperiya ambisiyalarını gizlətmirlər. Paşinyan bir neçə dəfə bildirib ki, ona qarşı sui-qəsd olub. ABŞ də bildirib ki, bir neçə sui-qəsdin qarşısını onlar alıb. Dünyada yeni nizam yaranır. Bu bir qədər vaxt alacaq. Nə qədər ki daşlar yerinə oturmayıb, Rusiyadan istənilən vaxt, istənilən an təhülkə gözləmək olar. Buna hazır olmaq lazımdır”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Səxavət Məmməd

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600