Paşinyan: "Bu sammitin Azərbaycanda keçirilməsi qərarını alqışlayıram"

media-hightechnic-468x90

Ermənistan “Avropa Siyasi Birliyi” sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsini alqışlayır.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “X” sosial şəbəkəsində yazıb.

“Mən “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısının 2028-ci ildə Azərbaycanda keçirilməsi barədə qərarı alqışlayıram. Qeyd etmək vacibdir ki, Ermənistan və Azərbaycan sammitin keçirilməsi üçün bir-birinin namizədliyini qarşılıqlı şəkildə dəstəkləyib”, – o vurğulayıb.

Qeyd edək ki, bu gün Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta “X” sosial şəbəkəsindəki səhifəsində 2026-cı ildə “Avropa Siyasi Birliyi”nin sammitinin Ermənistan və İrlandiyada, 2027-ci ildə İsveçrə və Yunanıstanda, 2028-ci ilin birinci yarısında Azərbaycanda, ikinci yarısında isə Latviyada keçiriləcəyini bildirib./Report/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa