!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyan konstitusiya dəyişikliyi ilə bağlı HƏRƏKƏTƏ KEÇDİ: “Azərbaycanın tələbi yerinə yetirilməlidir”

!Reklam – Yazi

“Ermənistan konstitusiyadakı yeni dəyişiklikdə Azərbaycanın tələb etdiyi müddəanı aradan götürsə, regiona sülh gələr”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

Millət vəkili Paşinyanın Ermənistanın konstitusiyasında dəyişiklik etmək təklifini dəyərləndirərək qeyd edib ki, o, bu dəyişikliyin zəruri olduğunu anlayır:

“Paşinyan neçə ildir bu məsələni gündəmə gətirməklə nəticə etibarilə ictimai rəyi inandırmağa bacarıb ki, belə bir zərurət var. Doğrudur, Paşinyan bunu “Real Ermənistan” ideologiyası ilə əsaslandırır və yeni mərhələdə Ermənistanın həm hüquqi, həm də siyasi aspektdən özünü yenidən qiymətləndirməsi kimi nəzərdən keçirir”.

H. Babaoğlu həmçinin bildirib ki, yeni dəyişiklikdə Azərbaycanın tələbi yerinə yetirilməlidir:

“Bizim üçün maraqlı olan məsələ ondan ibarətdir ki, necə olursa-olsun, Azərbaycanın tələb etdiyi müddəa aradan götürülsün. Elə bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun açıqlamasından bəlli olur ki, Ermənistan artıq bunu qəbul edib. Belə düşünmək olar ki, bundan sonrakı mərhələdə sadəcə texniki məsələ qalıb ki, buna da bir qədər vaxt lazımdır. Burada xarici işlər nazirimiz iki məsələyə toxunub: onlardan biri də konstitusiya dəyişikliyi, digəri isə ATƏT-in Minsk qrupunun ləğv olunmasıdır. Fikrimcə, hər iki məsələ qısa müddətdə həllini taparsa, regiona bir o qədər daha tez sülh gələr və bu həm Ermənistanın, həm də digər ölkələrin xeyrinə olar”.

Yenicag.az

www.yenicag.az

118
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv