!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyan niyə Putinin andiçmə mərasimində iştirak EDİR? - İrəvan Qərbdən istədiklərini ala bilmədi

!Reklam – Yazi

“Avropa İttifaqı (Aİ) və ABŞ ilə Ermənistanın birgə keçirdiyi görüşdə İrəvan görünür ki, istəklərinə nail ola bilməyib”.

Bunu Yenicag.az-a açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirakı ilə bağlı dərc edilən xəbərləri şərh edən politoloq Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, ilk olaraq baş tutacağı ehtimal olunan bu hadisədə Brüssel görüşünün payı çoxdur:

“Görünür ki, Aİ və ABŞ ilə Ermənistanın birgə keçirdiyi görüşdə İrəvan istəklərinə nail ola bilməyib. Yəni anti-Rusiya mövqeyinə Qərbin qiymət vermədiyini gördü. Hazırda Paşinyanın Putinin andiçmə mərasimində iştirakı ilə bağlı xəbərlər siyasi məqsəd daşıyır. İndiki mərhələdə yayılan bu xəbərlərin hələ ki, rəsmi təsdiqi yoxdur. Yəni Qərbə Rusiya ilə yaxınlaşa biləcəyinin mesajını verir.
Əgər bu iştirak baş tutacaqsa Paşinyan Qərbdən istədiklərini ala bilməyib, deməkdir. Əlavə olaraq, baş nazirin növbəti görüşlərdə iştirakı da ehtimal olunandır. Çünki Qərbdən nə qədər maliyyə ayrılsa da, Ermənistan iqtisadiyyatı Rusiyadan asılıdır”.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

261
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv