!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyan Qafanda ÇAXNAŞMA YARATDI – Putin ona XƏBƏRDARLIQ ETDİ

!Reklam – Yazi

Fevralın 21-də Qafan şəhərində hakim “Vətəndaş Müqaviləsi” Partiyasının (VM) yerli şurasına seçkilər keçiriləcək.

Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Qəzet yazır ki, Baş nazir Nikol Paşinyan ötən ilin iyununda bölgəyə səfər etdikdən sonra partiyadaxili vəziyyətin acınacaqlı olduğunu görərək şuranı buraxmağı və yenisini formalaşdırmağı tapşırmışdı. O, seçkilərə şəxsən nəzarət edəcəyini bildirsə də, son anda fikrini dəyişib.

Məlumata görə, Paşinyanın bu qərarı, partiya daxilində əvvəlki saxtakarlıqların və idarə olunan seçkilərin davam etməsi ilə bağlı xəbərlər alması ilə bağlıdır. Partiya mənbələri ehtimal edirlər ki, martın 27-də Qafan şəhərində keçiriləcək “Artavazd” mükafatlandırma mərasiminə qatılarkən Paşinyan vəziyyəti yenidən dəyərləndirib, şuranın buraxılması qərarını bir daha verə bilər.

KİV həm də onu yazır ki, daxildəki xaosdan əlavə, Münhen Təhlükəsizlik Konfransında nəticəsiz iştirak edən Nikol Paşinyan bu səfərinin də gözlədiyi siyasi dividentləri gətirmədiyini anlayaraq, partiyasına Ermənistanın ikinci prezidenti Robert Koçaryanın mətbuat konfransını sabotaj etməyi tapşırıb. Lakin özü ictimaiyyətə Koçaryanı görməzlikdən gəldiyini göstərməyə çalışaraq, sosial şəbəkələrdə məktəbəqədər təhsil müəssisələrinin təmiri və köhnə avtomobillərin ölkəyə qaytarılması ilə bağlı paylaşımlar edib. Bu isə onun tərəfdarlarının belə lağ hədəfinə çevrilib.

VM üzvləri jurnalistləri kölgədə qoymağa çalışaraq və Koçaryanın açıqlamalarını bir-birinə ötürərək dərhal şərh etməyə başlayıblar. Bu isə partiya rəhbərliyindəki çaxnaşmanı açıq şəkildə ortaya qoyub. Koçaryan isə mətbuat konfransında qarşıdakı seçkilərə – istər növbədənkənar, istərsə də planlaşdırılmış seçkilərə birbaşa qatılacağını bəyan edib.

Qəzetin mənbələri həm də onu xatırladıb ki, yanvarın 17-də Ermənistan baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. Kremlin məlumatlı mənbələri bildirir ki, söhbət zamanı münasibətlərdə gərginliyə səbəb olan məqamlar müzakirə edilib. Putin Ermənistan parlamentində müzakirəyə çıxarılan Avropa İttifaqına üzvlüklə bağlı qanun layihəsindən narahatlığını ifadə edərək, bunun nəyə xidmət etdiyini soruşub.

Paşinyan isə bunu sadəcə Avropa İttifaqına üzvlüyə ilkin maraq kimi təqdim etməyə çalışıb. Putin isə açıq şəkildə Rusiyanın bunun qarşılığında addımlar atacağını bildirib və Ermənistan hökumətinin xalqı mümkün nəticələr barədə xəbərdar etməsinin vacibliyini vurğulayıb. Paşinyan isə bu barədə xalqa heç nə demək fikrində olmadığını, çünki erməni xalqının Avropaya inteqrasiyanı özü istədiyini və bunun nəticələrinə hazır olduğunu bildirib.

Lakin mənbələr qeyd edir ki, Ermənistan vətəndaşları bu addımın real nəticələrini tam anlamırlar. Çünki vergi artımları, qazın bahalaşması, Rusiyadan minlərlə erməninin deportasiyası və ticarət əlaqələrinin kəskin azalması kimi məsələlər barədə məlumatlı deyillər. Kremlin xəbərdarlıqları isə Ermənistanın siyasi kursunu çətin seçim qarşısında qoyur.

Rafi Müslümov

www.yenicag.az

92
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv