!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyan sülh müqaviləsi ilə bağlı bu TAKTİKANI seçə bilər – Baş nazir hansı səhvə yol verdi?

!Reklam – Yazi

“Paşinyan sülh müqaviləsini başa çatdırmaqla hakimiyyətinin dayaqlarını möhkəmləndirə bilər”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Ermənistanda keçirilən mitinqlər və bunun ehtimal olunan nəticələrini dəyərləndirən politoloq Qabil Hüseynli deyib.

Qabil Hüseynli bildirib ki, Paşinyan qətiyyətli olmalıdır.

“Ümidim var ki, Paşinyan ortaya iradə qoyacaq və həmin adamların hərəkətlərini qaydaya sala biləcək. Mitinqlə gedənlərin sayı bir qədər artsa da, Paşinyanın elekteral bazası onlardan bir neçə dəfə çoxdur”, – deyə o bildirib.

Politoloq hesab edir ki, Paşinyan səhvə yol verdi:

“O dedi ki, cəmiyyətin siyasi elitası tələb etsə, istefaya gedə bilər. Nə siyasi elita, nə istefa? Paşinyan sülh müqaviləsini başa çatdırmaqla hakimiyyətinin dayaqlarını möhkəmləndirə bilər.

Paşinyanı ruhdan salan şey Rusiyadır. Rusiya Ermənistanda çox yaxşı işləyir, əhalini ayağa qaldırır. Paşinyanın işi o qədər də asan deyil, ancaq iradə nümayiş etdirməlidir”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

862
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv