Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Paşinyan yalnız Diaspor Komissarlığı deyil, başqa qurumların rəhbərliyini də tez-tez dəyişdirməli olacaq” – Partiya sədri

Reklam: Sinerji Pro

“Azərbaycan diasporunun mütəşəkkil fəaliyyəti nəticəsində Ermənistanın təcavüzkar siyasəti geniş miqyasda ifşa edildi”.

Ermənistanın baş nazir Nikol Paşinyan bir neçə gün əvvəl Diasporla İş üzrə Komissarlığın 10-dan çox şöbə rəhbərini vəzifədən azad edib. İrəvanda nəşr olunan “Past” qəzetinin yazdığına görə, Paşinyanın belə addım atması diaspor qurumunun fəaliyyətinin qeyri-effektivliyi ilə bağlıdır. Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatdan sonra erməni diasporunun güclü olduğu ölkələrdə belə Azərbaycan diasporuna uduzması Paşinyanı hiddətləndirib.

Yeni Zaman Partiyasının (YZP) sədri Musa Ağayev Yenicag.az-a açıqlamasında Paşinyanın sözügedən qurumda apardığı “təmizləmə əməliyyatı”nın səbəblərini və bu fonda Azərbaycan diasporunun fəaliyyətinin güclənməsini dəyərləndirib.

Musa Ağayev qeyd edib ki, Azərbaycan diasporunun son dövrlərdə öz fəaliyyətinin kifayət qədər aktivləşdirməsi Ermənistanda narahatlıq doğurmaya bilməz:

“Son zamanlar Azərbaycan diasporu kifayət qədər effektli fəaliyyət göstərir. Məhz bu fəaliyyətin nəticəsidir ki, Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatla bağlı həqiqətlər dünyanın əksər ölkələrində yayıldı, ordumuza dəstək xarkaterli çox sayda geniş aksiyalar keçirildi.

Bu, doğrudan da müsbət haldır. Lakin bu məsələdə daha çox işlər görməyə ehtiyac var. Diasporun fəaliyyəti əlbəttə ki, vacibdir. Ancaq müharibə aparan ölkə olaraq, strateji və ideoloji baxımdan, daha ciddi işlər görülməlidir.

Belə olan təqdirdə, Ermənistanda yalnız Diaspor Komissarlığı deyil, başqa vacib dövlət qurumlarının rəhbərliyi də tez-tez dəyişdiriləcək. Yəni işimizi elə qurmalıyıq ki, Ermənistan artıq bu templə heç cür ayaqlaşa bilməsin”.

Gülşən Şərif

www.yenicag.az

696