Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Paşinyandan ETİRAF - "Heç bir yol qalmayıb”

“Biz bu sənədi (Azərbaycan, Ermənistan və Rusiyanın Qarabağla bağlı üçtərəfli bəyanatını) cırıb ata bilərik, amma nəticələrini düşünməliyik. Bunu etsək, o zaman 10 noyabrdan əvvəlki vəziyyətə, yəni müharibəyə qayıdacağıq. Bunun nəticələrinin nə olacağını anlamalısınız”.

Yenicag.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu fikri 13 noyabr, cümə günü bu ölkənin İctimai Televiziya kanalına verdiyi müsahibəsində deyib.

Onun sözlərinə görə, imzalanan sənədi sərt şəkildə tənqid edən müxalifət buna qədər həmin sənədi rədd etmək üçün heç bir əməli yol təklif etməyib.

Paşinyan qeyd edib ki, bu, ortaq bir bəyanatdır, razılaşma deyil: “Bu sənəddən imtina etmək üçün bizə heç bir yol qalmayıb. Məsələyə realist yanaşmaq məcburiyyətindəyik.

İmzalanmış üçtərəfli bəyanat sayəsində Ermənistan tərəfi bəzi əraziləri və insanların həyatını xilas edə bilib. Stepanakert (Xankəndi. – red.) müdafiəsiz qaldı, ora tutulandan sonra isə həm Əsgəran, həm də Martakert (Ağdərə. – red.) təslim olacaqdı. Nəticədə cəbhə xəttində olan 20-30 min erməni əsgəri mühasirəyə düşəcəkdi. Onlara hücum ediləcək, qaçmaq fürsətləri olmayacaqdı”.

İşğalçı ölkənin baş nazirinin sözlərinə görə, “razılaşmanın bağlanmasına dair danışıqlar prosesi hələ başlamayıb və bu proses çox uzun müddət davam edəcək”.

“Soruşursunuz ki, niyə bu məsələ Milli Məclisdə, müxalifətlə müzakirə olunmadı və s. Bu, əslində döyüş əməliyyatlarına operativ nəzarət məntiqi çərçivəsində baş verdi. Bölmələrimizin yenidən yerləşdirilməsi ilə bağlı hər məsələni Milli Məclis və ya müxalifətlə müzakirə etmək olmaz axı. Döyüş meydanında uğursuzluqlar başlayandan sonra biz qarşıya siyasi tapşırıq qoyduq – müharibədə dönüş nöqtəsi əldə etmək. Ancaq Şuşanın süqutundan sonra bu vəzifənin qeyri-mümkün olduğu aydınlaşdı. Bu, torpağın təslim edilməsinə deyil, bu qorunması mümkün olanın qorunmasıdır.”.

Paşinyan deyib ki, Şuşanı qaytarmaq üçün iki cəhd etdik, lakin ikisi də uğursuz oldu:

“Şəhərin alınmasından sonra geri qaytarmaq üçün iki cəhd edildi. Şuşanın getməsi ilə bağlı çoxlu mif var. Mənə Şuşanın getməsi barədə məlumat verildikdən sonra 50 döyüşçümüzün hələ də şəhərdə olduğu barədə məlumatlar verildi. Bu məlumatların yoxlanılmasını xahiş etdim və sonra onların Şuşada deyil də Xankəndidə olduğu məlum oldu. Döyüşün artıq mənasız olduğu aydınlaşan an gəldi. Yəni ordu sona qədər mübarizə apardı. Əlbətdə ki, bundan əvvəl tədarük problemləri var idi, amma biz onları həll etməyə çalışdıq. Döyüş meydanında geriləmələr başlayanda vəzifəmiz müharibədə dönüş nöqtəsi gətirmək idi. Şuşanın süqutundan sonra bu vəzifənin qeyri-mümkün olduğunu müəyyənləşdirdik. Müharibə hansı nəticə ilə bitsəydi biz yenə də Şuşanı qaytarmalı idik. Bu, bütün xalqımızla daşımalı olduğumuz yükdür”.

Paşinyanın Azərbaycanın döyüşləri Pilotsuz Uçuş Aparatları və Xüsusi Təyinatlı əsgərlər sayəsində qazandığını və  bundan sonra ordu və dövlət sistemində reformlar edəcəklərini qeyd edib.

Rusiya ilə münasibətlərindən danışan Paşinyan bildirib ki, “Son 4 il yarım müddətində Rusiya ilə münasibətlərimiz eyni qalıb. Heç kimsə Rusiyanın bizə olan münasibətinin pis olduğunu deyə bilməz”.

Loading...

www.yenicag.az

447
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100