Paşinyandan gecikmiş ETİRAF: Azərbaycana məxsus anklavlar GERİ QAYIDIR?

media-hightechnic-468x90

“Əlbəttə ki, anklavların Azərbaycana qaytarılması da gündəmdə olan əsas məsələlərdən biridir. Çünki indiyə qədər sülh danışıqları prosesində daha çox Azərbaycanın irəli sürdüyü iki əsas tələb – Ermənistan Konstitusiyasının dəyişdirilməsi və ATƏT-in Minsk qrupunun ləğvi, həmçinin Zəngəzur dəhlizi, nəqliyyat və kommunikasiya məsələləri ön planda olub”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Sahil Kərimli deyib.

media-sahil_kerimli2234

Siyasi təhlilçi ermənilərə məxsus “Respublika Meydanı” “Telegram” kanalının irəli sürdüyü sensasion iddiaya münasibət bildirib.

Məlumata görə, Ermənistan Baş nazir Nikol Paşinyan Azərbaycanın bu ölkənin ərazisindəki anklavlarını – Sofulu, Barxudarlı, Yuxarı Əskipara və Kərki kəndlərini təhvil verməyə hazırlaşır. Qeyd olunub ki, bununla Ermənistan-Gürcüstan və Ermənistan-İran yolları Azərbaycanın nəzarətinə keçəcək.

Proseslərə toxunan analitik isə əmindir ki, anklavların qaytarılması sərhədlərin delimitasiya və demarkasiya prosesinin ayrılmaz hissəsi kimi daim masa üzərində qalıb:

“Bu baxımdan, Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməklə yanaşı, anklavların Azərbaycana təhvil verilməsi istiqamətində də real addımlar atmalıdır. Bu, sülh gündəliyində əsas məsələlərdən biri olaraq qalır. Ermənistan Baş nazirinin son açıqlamaları da təbii ki, Azərbaycanın maraqlarına uyğundur və burada artıq İrəvanın daha konstruktiv mövqe sərgilədiyini görmək mümkündür. Çünki yekunda imzalanacaq sülh müqaviləsində də sərhədlərin delimitasiya və demarkasiyası, anklavların Azərbaycana qaytarılması, nəqliyyat və kommunikasiya xətlərinin açılması əsas maddələrdən biri olacaq. Azərbaycan tərəfi gözləyir ki, Ermənistan yaxın vaxtlarda bu istiqamətdə də öhdəliklərini yerinə yetirsin. Yalnız bu halda yekunda ədalətli, dayanıqlı və uzunmüddətli sülh müqaviləsinin imzalanması mümkün ola bilər”.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa