Azərbaycanla Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşması mühüm hadisədir.
Yenicag.az-ın məlumata görə, bunu ölkənin baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbətində deyib.
Baş nazir sazişin imzalanma müddəti ilə bağlı bunları deyib: “Biz artıq qeyd etmişik ki, mətn imzalanmağa hazırdır, biz imzalanma tarixi və yeri ilə bağlı müzakirələrə başlamağa hazırıq. Azərbaycan XİN ikitərəfli formatda müzakirələrə başlamağa hazır olduqları barədə bəyanatla çıxış edib. Onların öz ideyaları, bizim isə öz ideyalarımız var, güman edirəm ki, bu müzakirələr zamanı həmin ideyaları yaxınlaşdırmağa çalışacağıq”./Report/
www.yenicag.az