!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Paşinyanın açıqlamalarından görünür ki, ....” - ŞƏRH

!Reklam – Yazi

“Son zamanlar Ermənistanın Baş naziri Nikol Paşinyanın açıqlamalarından onun daha çox Qərbə yönəldiyi müşahidə edilir. O, beynəlxalq ictimaiyyətdə guya Ermənistanın sülhə hazır olduğu haqda görüntü yaratmağa çalışır”.

Bunu Ermənistanın son zamanlar törətdiyi təxribatların sülh proseslərinə təsirindən danışan politoloq Tural İsmayılov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, hazırda Ermənistanın məqsədi Qarabağda gərginlik görüntüsü yaratmaqdır:

“Ermənistan son dövrlər Azərbaycanla sərhəd rayonlara qoşun cəlb edir. Bu isə Ermənistanın sülh prosesində əsla maraqlı olmadığının göstəricisidir. Nəticə etibarilə vəziyyətin nədən ibarət olduğu hər kəsə aydındır. Regionda sülhün bərqərar olmasını istəməyən xarici qüvvələr münaqişəni gərginləşdirmək üçün Ermənistanı oyuncaq kimi istifadə edir.

Ermənistan hər zaman sülh danışıqlarının aktiv olduğu bir vaxtda Azərbaycanın əleyhinə müxtəlif təxribatlar törətməkdə maraqlı olub. Ermənistanın danışıqlar öncəsi təxribatlara əl atmasını Vaşinqton və Brüssel görüşlərindən əvvəl də müşahidə etdik. Və hələ də Ermənistanın Azərbaycana qarşı çirkin təxribatçı hücumları davam edir.

Son zamanlar Ermənistanın Baş naziri Nikol Paşinyanın açıqlamalarından onun daha çox Qərbə yönəldiyi müşahidə edilir. O, beynəlxalq ictimaiyyətdə guya Ermənistanın sülhə hazır olduğu haqda görüntü yaratmağa çalışır. Və münaqişənin sülhlə sonlana bilməməsində birbaşa olaraq Moskvanı günahlandırır.

Ermənistan Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiya məsələləri ilə bağlı işlərə start versə, sülh müqaviləsi istiqamətində müsbət addım atmış sayılar. Əlavə olaraq Ermənistan mina və digər problemlərin həlli üçün səmimi mövqe nümayiş etdirməlidir. Ermənistanın sülh müqaviləsini imzalamaqdan başqa şansı yoxdur. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Ermənistana bu il sülh müqaviləsini imzalaması üçün son şansı verib. Ermənistan son şansını dəyərləndirməli, ağlını başına yığmalıdır. Məsələlərin nə yerdə olduğunu dərk edərək konkret mövqe sərgiləməli, əməli addımlar atmalıdır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

440
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv