!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyanın gülünc bəyanatları: "Xalqına səmimi şəkildə deməyə qorxan Baş nazir qəribə təhlükələr uydurur" - ŞƏRH

!Reklam – Yazi

“Erməni hakim zümrəsinin yürütdüyü siyasət mənasızdır. Paşinyan bunu erməni xalqına səmimi şəkildə deməyə qorxur, ona görə də qəribə təhlükələr uydurur”.

Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanın etnik təmizləmə edəcəyi ilə bağlı iddiasını şərh edən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Zərdüşt Əlizadə bildirib ki, Paşinyan özünü xamlığa qoyaraq gülünc bəyanatlar verir:

“Ermənistanın 30 illik siyasəti dalana dirənib. Bu siyasətin səmərəsiz olması şəksiz sübut olunub. Paşinyan köhnə bayatıları oxuyurdu. Qarabağa gedib “Arstax” qışqırırdı, rəqs edirdi.

Paşinyan öz xalqına açıq deyə bilmir ki, uzun illər yeritdiyimiz siyasət tamamilə mənasız və səmərəsiz idi. Özünü xamlığa qoyub gülünc bəyanatlar verir ki, Azərbaycan Qarabağ ermənilərini etnik təmizləməyə məruz qoymağa hazırlaşır.

Əslində, Azərbaycan Paşinyanın bəyanatının tam tərsinə deyir ki, daşı ətəyinizdən tökün gəlin barışaq, vətəndaşlığı qəbul edin, hər şey etməyə hazıram. Bu o deməkdir ki, erməni hakim zümrəsinin yürütdüyü siyasət mənasızdır. Paşinyan da bunu erməni xalqına səməmi şəkildə deməyə qorxur.

Bizim ənənəvi müxalifət nümayəndələri xalqa deməlidirlər ki, biz 30 ildən çoxdur yanlış siyasət həyata keçiririk. Onlar bunun əvəzinə çıxıb deyirlər ki, biz hakimiyyətə gələcəyik, xalqı xilas edəcəyik. Ənənəvi müxalifətimiz həqiqətdən qaçdığı kimi, Paşinyan da xalqa həqiqəti deməkdən çəkinir. Ona görə də cürbəcür təhlükələr uydurur və xalqı qorxutmağa çalışır. Ciddi adamlar bunları nəzərə almamalıdır”.

Səxavət Məmməd

www.yenicag.az

696
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv