!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyanın riskli “qalaqurma” CƏHDİ: “Nizamlama prosesində Rusiyanın Qərblə əvəzlənməsi...” - ŞƏRH

!Reklam – Yazi

“İndiki halda biz Ermənistan rəsmilərinin bəyanatlarına yox, İrəvanın perspektiv strategiyasına fokuslanmalıyıq”.

Bu fikirləri Ermənistan rəsmilərinin nizamlama prosesini pozmağa yönəlik addımlarının səbəbləri haqda danışan politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, Ermənistan hakimiyyətinin bu davranışlarının arxasında həm də Rusiyanı nizamlama prosesindən kənarlaşdırmaq və bundan sonra yeni proses başlatmaq niyyəti dayanır:

“Əslində, Ermənistan rəsmi şəxslərinin son addımları, bəyanatları indiyə qədər aparılan sülh prosesinin tamamilə əksinə olan davranışlardır. Onlar sülh sazişinin imzalanması və sərhədlərin delimitasiyası ilə bağlı formal bəyanatlarını təkrarlasalar da, rəsmi İrəvan reallıqda fərqli mövqe tutur.

Ermənistanın sərhəd ərazilərə beynəlxalq monitorinq missiyası gətirmək, sərhədlərin delimitasiyası prosesini pozmaq və dünya ictimaiyyətinə münaqişənin hələ həll olunmadığını təlqin etmək cəhdləri bu pozucu fəaliyyətin əsas elementləri sırasındadır.

Məsələyə dərindən yanaşdıqda açıq müşahidə olunur ki, Ermənistan hakimiyyətinin bu davranışlarının arxasında həm də Rusiyanı nizamlama prosesindən kənarlaşdırmaq və bundan sonra yeni proses başlatmaq niyyəti dayanır.

O baxımdan, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Avropa Parlamentinin komitə iclasındakı çıxışı İrəvanın haqqında danışılan təxribatçı planlarını tam çılpaqlığı ilə ortaya qoyur.

Mirzoyan iddia edib ki, sərhədlərin delimitasiyası üçün konkret meyarlar müəyyənləşməyənə qədər sülh perspektivindən danışmaq mümkünsüzdür. Burada hansı meyarların nəzərdə tutulması isə, yəqin ki, onların özlərinə də aydın deyil.

Fikrimcə, indiki halda biz Ermənistan rəsmilərinin bəyanatlarına yox, İrəvanın perspektiv strategiyasına fokuslanmalıyıq. Bu strategiyanın əsas əlamətləri bundan ibarətdir ki, Ermənistan nizamlama prosesində Rusiyanın Qərblə əvəzlənməsinə cəhd göstərir və belə bir dəyişikliyin onun maraqlarını təmin edəcəyini düşünür. Ona görə də diqqətimiz həm də bu istiqamətə yönəlməlidir”.

A.Zeynalov

www.yenicag.az

551
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv