“O, ölkədə artmaqda olan siyasi və sosial-iqtisadi gərginliyi azaltmaq üçün bütün diqqəti cəbhəyə yönəltmək istəyir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Ermənistanın Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində ötən gün törətdiyi növbəti təxribatın səbəblərini dəyərləndirən Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı deyib.
Millət vəkilinin sözlərinə görə, Ermənistanın cəbhədə gərginliyi artırması əhalinin diqqətini ölkədəki ağır sosial-iqtisadi durumdan yayındırmaq məqsədi daşıyır:
“Hər şeydən əvvəl onu qeyd edim ki, dünən cəbhədə baş vermiş erməni təxribatı nəticəsində şəhid olan hərbçilərimisə Allahdan rəhmət diləyirəm, ruhları şad olsun.
Cəbhədəki erməni təxribatına gəldikdə isə onu deyə bilərəm ki, Ermənistanda vəziyyət olduqca kritikdir. Koronavirus Ermənistanın səhiyyəsini, olmayan iqtisadiyyatını çökdürüb, ölkədə Paşinyana olan münasibət mənfiyə doğru dəyişib. Paşinyana müxalif qüvvələr artıq vahid mövqedən çıxış edirlər.
Ermənistandakı sosial-iqtisadi durumun son dərəcə ağır olması Paşinyanın nüfuzunu sıfıra endirməklə yanaşı, dayaqlarını da xeyli sarsıdıb. O da mövcud ağır vəziyyətində ölkədə ona qarşı yönəlmiş aksiyaları önləmək üçün bütün diqqəti cəbhəyə yönəltmək istəyir.
Digər tərəfdın, işğalçı ölkənin ənənəvi “erməni xəstəliyi” daha da şiddətlənib. Bu yaxınlarda keçirilən sosial sorğunun nəticələrinə əsasən, ermənilərin 70 faizindən çoxu işğal edilmiş Azərbaycan topraqlarının qaytarılmasının əleyhinədir. Paşinyan da cəbhədə gərginlik yaradarq, cəmiyyətdəki xəstə ovqatdan yararlanır. Ancaq onun bu təxribat nəticəsində aldığı tutarlı zərbə, məruz qaldığı itkilər Paşinyanın vəziyyətini daha da ağırlaşdıracaq”.
Aqil Bəkir
www.yenicag.az