!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyanın yenidən Moskvaya gedişinin PƏRDƏARXASI: Kişinyovda sənəd imzalanmayacaq? - MÖVQE

!Reklam – Yazi

“Putin Nikol Paşinyanı Qərbə qarşı alət olaraq istifadə edir”.

Bu sözləri 1 iyun tarxində Kişinyovda keçiriləcək görüşü və görüşdə hansısa sənədin imzalanması ehtimalını şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Qabil Hüseynli bildirib ki, Moskva Kişinyovda hansısa sənədin imzalanmasını istəmir:

“Moskva görüşündə hansısa nəticənin əldə olunacağı ilə bağlı şübhələr var idi. O cür də oldu. Moskva görüşünün taleyini Nikol Paşinyanın hərəkətləri həll etdi. O əvvəlcədən bildirdi ki, sənədin imzalanması nəzərdə tutulmur. Hələ Brüsseldə görüş zamanı bildirilmişdi ki, ola bilsin ki, sülh müqaviləsinin çərçivə sazişi Kişinyovda imzalansın.

Nikol Paşinyandan məyusedici ifadələr gəlir. O, ehtiyatlı və şübhəli formada danışır, yenə vaxtı uzatmaqla məşğuldur O, Kişinyovda hansısa sənədin imzalanmayacağını dedi. Üstəgəl yenidən Moskvaya səfərə getdi. Belə təəssürat yaranır ki, Moskva Kişinyovda hansısa sənədin imzalanmaması üçün ciddi səy göstərir. O, alət olaraq Nikol Paşinyanı Qərbə qarşı istifadə edir”.

Səxavət Məmməd

www.yenicag.az

371
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv