“Payitaht Abdulhamid”in baş rol oyunçusu: “Azərbaycan ortaq iş görər, biz də gələr, oynayarıq”

“Payitaht Abdulhamid” serialının baş rol oyunçusu Bülent İnal Anadolu Yayınçılar Dərnəyi tərəfindən Türkiyənin “ən yaxşı kişi oyunçusu” seçilib.

Ankarada keçirilən ödül törəninə qatılan Bülent İnal Yenicag.az saytının suallarını cavablandırıb:

– Azərbaycanda sizi çox ciddi şəkildə izləyirlər. Gəlmək fikriniz, Azərbaycanla bağlı hansısa layihələriniz varmı?
– Azərbaycanda izlənildiyimizi bilirəm. Mesajları alırıq. Azərbaycanla bağlı layihəyə gəlincə, inşallah, olar. Bu, artıq komanda işidir. Layihənin gedişinə görə hər şey dəyişə bilər. Biz çox az vaxt tapırıq belə şeylərə. Həftənin 5-6 gününü işdə keçiririk. İnşallah, yolumuz düşər.

– Sizi üz cizgilərinizdən azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə bənzədirlər. Belə bir layihə ilə sizə müraciət olunsa, qərarınız necə olar?
– İnşallah, Azərbaycan ortaq bir iş görər, biz də gəlib oynayarıq.

COP29