!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Payızda bu insanlar arasında ölüm sayı daha çox olacaq, nəinki koronavirusdan ölənlərin" - Sosioloqdan karantinin uzanmasına ETİRAZ

!Reklam – Yazi

“SMS icazənin ləğvi ilə iş bitmir. Əhali arasında maarifləndirməni gücləndirməklə, karantin olmadan da koronavirusdan xilas olmaq olar”.

Bunu Yenicag.az-a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib.

Sosioloq bununla bağlı təkliflər paketi hazırladığını, lakin buna məhəl qoyulmadığını bildirib:

“Təkliflər paketi hazırladım. Koronavirusla mübarizədə 4 şərt irəli sürdüm.
Bu iş üçün rayon icra hakimləri cəlb olunmalı, kənd təsərrüfatı məhsullarının Bakıya gətirilməsinə şərait yaradılmalı idi. Nəticədə kənd camaatı məhsuldan qazanc əldə edərdi, gözlərini 190 manata dikməzdilər, şəhər əhalisi də immunitet yığardı. Bu işə din xadimləri cəlb olunmalıydı ki, yas mərasimlərinin keçirilməməsi üçün fətva verərdi, nəticədə yoluxmanın qarşısı alınardı. İctimai qınaq olmalıydı, polis nəzarətindən çox maarifləndirmə işləri aparılmalı idi. Bunlar olmadı.

Karantin uzandı, insanlar uzun müddət evdə oturdu. Payız aylarında yaşlı insanlar arasında statistik ölüm sayı daha çox olacaq, nəinki koronavirusdan ölənlərin. Çünki insan gəzməli, hava almalı, xəstədirsə, müalicə olunmalı, immunitetinin güclənməsi üçün normal qidalanmalıdır”.

Cəvahir

COP29

www.yenicag.az

4220
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv