Professor: “Hantavirusun pandemiya yaratmaq ehtimalı hazırda yoxdur”

media-hightechnic-468x90

“Hantavirusun pandemiya yaratmaq ehtimalı hazırda yoxdur”.

media-banner_tkm

Bu sözləri Yenicag.az-a açıqlamasında professor, tibb elmləri doktoru Adil Qeybulla bildirib.

Professor bəzi gəmilərdə hantavirus aşkar edilməsi, dünyanın bir neçə ölkəsində virusun daşıyıcısı olan gəmiçilər və gəmi sərnişinlərinin pandemiya yaratma ehtimalı haqqında danışaraq, virusun daşıyıcıları ilə yaxın kontaktdan qaçınılması barədə xəbərdarlıq edib:

“Hantavirus ribonuklein turşusu (RNT) tərkibli viruslardan biridir. Ona görə də mutasiyaya uğrayır, dəyişir. Onun nə vaxtsa təhlükəli ştama çevriləcəyi ehtimalı var, amma bu gün onun pandemiya yaratmaq potensialı yoxdur. Bu yeni yayılan ‘Andes’ ştamının insandan insana keçməsi güman edilir. Dünya Səhiyyə Təşkilatının (ÜST) həyəcan təbili çalmasının əsas səbəbi budur. Lakin ümumiyyətlə, hantaviruslar insanda daha ağır, ölümcül fəsadlar yaradır. Ürək-damar sistemində, böyrəklərdə problemlərə yol açır, ən əsası isə ağciyər çatışmazlığı törədir.

Hal-hazırda bu virus maral sıçanlarından yayılıb, əsas daşıyıcıları da məhz onlardır. Bu sıçanlar Şimali və Cənubi Amerikada yaşayırlar. Gəmilərə isə limanlarda yüklənən mallar vasitəsilə keçirlər. Bu sıçanların ağız suyu daxil olmaqla, toxunduğu hər yer təhlükə mənbəyi olaraq qalır. Yoluxma da məhz bu limanlardan başlayır. ÜST bu barədə həyəcan təbili çalıb və xəstəliyin lokallaşdırılması istiqamətində işlər aparılır.

Virusun bu gün pandemiya yaratma potensialı yox dərəcəsindədir. Ona görə ki, virusun insandan insana keçməsi üçün çox yaxın kontakt tələb olunur. Gələcəkdə bunun təhlükəsi qalsa da, hazırda məqsəd insandan insana yayılma riskini maksimum dərəcədə azaltmağa çalışmaqdır.”

Nurlan Cəfəri

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05