Paytaxt yollarında sıxlıq: 21 marşrut avtobusu gecikir

media-hightechnic-468x90

Hazırda paytaxtın bəzi küçə və prospektlərin nəqliyyat vasitələrinin hərəkətində müşahidə sıxlıq səbəbindən bir sıra müntəzəm marşrut xətləri üzrə hərəkət intervalında gecikmələr var.

Bu barədə Yenicag.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Vahid Dispetçer Mərkəzinin məlumatına əsasən, gecikmə ümumilikdə 19 müntəzəm marşrut xətti üzrə 21 avtobusda müşahidə olunur.

Qara-Qarayev prospekti Xalqlar dostluğu metrostansiyasından Neftçilər metrostansiyasına qədər 64, 15, 7A, 44, 60, 22, 11, 49, 40, 51, 81, 30 və 62 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 15-18 dəqiqə gecikmə müşahidə olunur.

Azadlıq prospekti-Zərifə Əliyeva küçəsi Neftçilər prospekti ilə kəsişməyə qədər Azneft dairəsi istiqamətində 10, 5, 88, 125, 127 və 18 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda isə 13-19 dəqiqə gecikmə var.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600