!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paytaxtda məktəblərin yerləşdiyi ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirildi

!Reklam – Yazi

Paytaxt məktəblərinin yerləşdiyi ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilib.

Bu barədə Yenicag.az-a Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev məlumat verib.

Onun sözlərinə görə, “Son zəng” tədbirlərinin normal şəraitdə keçirilməsinin təmin olunması məqsədilə polis gücləndirilmiş iş rejimində fəaliyyət göstərir: “Yerlərdə əlavə polis naryadları xidmət aparır. Nərimanov rayonunda yerləşən 200 nömrəli məktəbdə hər hansı qalmaqal baş verməyib, iştirakçı sayının çoxluğuna görə sıxlıq müşahidə olunub. Nəzərdə tutulan tədbirlər öz ahənginə uyğun davam edir. Bu saata qədər hər hansı xoşagəlməz hal qeydə alınmayıb”.

www.yenicag.az

1972
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv