!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paytaxtda qətl: Saxlanılan var

!Reklam – Yazi

Bakıda 40 yaşlı kişi qətlə yetirilib.

Bu barədə Yenicag.az-a Nəsimi Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, aprelin 4-ü saat 23 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi 29 ünvanında 1982-ci il təvəllüdlü Bəhruz Quliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Rabil Qasımovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Bəhruz Quliyevə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Rabil Qasımov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə istintaq davam edir.

www.yenicag.az

508
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv