!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Pedaqoji Universitetdən HÖRMƏTSİZLİK: "Şəhid ailəsindən qeyri-qanuni illik ödəniş tələb olunur" - Şikayət

!Reklam – Yazi

Mövcud qanunvericiliyə uyğun olaraq, Azərbaycanın ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan bir sıra kateqoriyalara aid tələbələr təsdiqedici sənədlər təqdim etdikləri halda onların təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Həmin kateqoriyalara daxil olanlardan biri də şəhid ailəsi statusunu almış ailənin üzvlərindən olan tələbələrdir. Qanuna əsasən, şəhidin ailə üzvü subaydırsa və tələbədirsə, bu halda təhsilhaqqı ödənişdən azaddır.

Yenicag.az-a daxil olan şikayətdə bildirilib ki, şəhid ailələrinin üzvləri üçün güzəştin tətbiq edilməsinə rəğmən Azərbaycan Dövlət Pedaqoji Universitetin rəhbərliyi bu qanunu görməzdən gəlir.

Universitet rəhbərliyi tərəfindən sıxışdırılacağından narahat olaraq adının qeyd olunmasını istəməyən tələbə bildirib ki, ödənişin tələb edilməsi digər tələbələrə də şamil olunub və bu, narazılıq yaradıb:

“Müharibə bitdikdən sonra illik və yarım illik ödənişlər şəhid övladlarına, ailə üzvlərinə geri qaytarılmışdı. Lakin Pedaqoji Universitetin rektoru Cəfər Cəfərov yeni dərs ilinin illiyini tələb edir, bununla kifayətlənməyərək şəhid ailələrinə qaytardıqları illik ödənişləri də geri istəyir. Halbuki tələbənin ailəsi bu vəsaiti ödəmək üçün borc tapmışdı. Ailə növbəti ilin təhsil haqqını ödəməyə etiraz etmir. Yenə borc olsa da, tapıb ödəcəyini bildirib. Ancaq qaytarılan ödənişin geri istənilməsi böyük biabırçılıqdır. Tələbə bu məsələ ilə bağlı hüquqşünasla görüşüb. O, bildirib ki, əlavə beş tələbə də rektora şikayət edib və gözlənilən cavabı ala bilməyib”.

Məsələ ilə bağlı Pedoqoji Universitetlə əlaqə saxlamağa çalışsaq da, zəngimizə cavab verən olmadı. Bütün hallarda qeyd olunan qanunsuzluğun səbəbi ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Gülşən Şərif

www.yenicag.az

758
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv