Pele ilə vida mərasimi başa çatdı – VİDEO

Braziliyalı futbol üzrə üçqat dünya çempionu Pele ilə vida mərasimi çərşənbə axşamı Santosda (Sao Paulo) “Vila Belmiro” stadionunda başa çatıb. Dəfn korteji vida mərasiminin keçirildiyi stadiondan uzaqlaşıb.

Mərasimin sonunda Pelenin cəsədi olan tabut alqış sədaları altında yanğınsöndürən maşınının üzərinə qaldırılıb və Braziliya bayrağı ilə örtülüb.

Dəfn korteji hərbi polis motosikletçilərinin fəxri müşayiəti ilə Santos küçələrindən, o cümlədən onun 100 yaşlı anasının yaşadığı evin yanından keçəcək. Bundan sonra Pele dəfn olunmaq üçün özünün seçdiyi “Ekumenika” nekropolunun ərazisində, stadionun yaxınlığında yerləşən məqbərədə dəfn olunacaq./Oxu/