Pensiya alanlara şad xəbər - Gələn aydan artımlar veriləcək

media-hightechnic-468x90

“2024-cü ildə respublika üzrə orta aylıq əməkhaqqı 8.1 faiz artmışdırsa, ötən ilin ilk 10 ayında artım 9.4 faiz olub. 2025-ci ilin yekun nominal orta aylıq əməkhaqqı artım fazinin fevral ayının əvvəllərində rəsmi elan ediləcəyi gözlənilir. İlkin gözlənti 9.2 faiz maaş artımıdır”.

Yenicag.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, bu aydan etibarən bütün növ pensiyaların indeksləşdirilərək artırılması baş verəcək.

“Bu o deməkdir ki, 540 manat məbləğində orta pensiya alan vətəndaşımızın pensiyasında bu aydan 50 manata yaxın artım olacaq. Yanvar ayının artımı fevral ayını artımı ilə birlikdə ödəniləcək. Nəticədə, 2026-cı ildə Azərbaycanda orta aylıq pensiyanın təxminən 590 manat olacağı proqnozlaşdırılır, yaşa görə orta pensiya isə 629 manata çatacaq və bu məbləğ 2025-ci illə müqayisədə 7.9%-dən çox artım deməkdir”./unikal

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa