Reklam: High Technic
hightechnic

Pensiya yaşının artırılması ilə bağlı layihə Milli Məclisdə müzakirəyə çıxarılacaq

Azərbaycanda pensiya yaşının və peşə stajına görə pensiya yaşı müddətinin artırılması ilə bağlı layihə Milli Məclisin martın 7-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Parlamentdən verilən məlumata görə, “Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişiklik layihəsi plenar iclasın gündəliyinə salınıb.

Qeyd edək ki, martın 7-də keçiriləcək iclasın gündəliyinə ümumilikdə 13 məsələ daxildir.

Yeniçağ.az

www.yenicag.az

90