Pensiyalarla bağlı VACİB XƏBƏR: Deputat anonsunu VERDİ – VİDEO
“Pensiya yığımı fonda yığılır və pensiyaların ödənilməsi ilə bağlı heç bir problem yoxdur”
Yenicag.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Naqif Həmzəyev “İctimai TV”nin canlı efirində yayımlanan “Xəbərimiz var” proqramında söyləyib.
Onun sözlərinə görə, hətta zamanında pensiya fonduna lazımi vəsaiti yığmayan vətəndaşlara da sözügedən müavinətlər verilir.
“Yaxın gələcəkdə fonda yığılan vəsaitlərin bir hissəsinin istifadə edilməsi məsələsi xarici təcrübəyə əsaslanaraq reallaşdırıla bilər. Ancaq bu sahədə Azərbaycanda problem yoxdur, çünki dövlətimiz sosialyönümlü siyasət həyata keçirir və istənilən halda biz təqaüdə çıxan insanların hüquqlarının qorunması məsələsini prioritet hesab etdiyimiz üçün bu sahədə narazılığın olacağına inanmıram”.
Daha ətraflı videomaterialda: