!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Perinatal Mərkəzdə baş verən yanğının məhkəmə işi

!Reklam – Yazi

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə Cinayət Məcəlləsinin 225.3, 308.2-ci maddələri ilə təqsirləndirilən şəxslər- Abasquliyeva Mehriban Adil qızı, Əhmədli  Elnur Bəylər oğlu və Mustafayev Hamlet Ziyadxan oğlunun məhkəmə prosesinin növbəti iclası keçirilib.

Yenicag.az-ın məlumatına görə, ilk olaraq Mehriban Abasquliyevanın vəkili Əliövsəd Abasov bildirdi ki, zərərçəkmiş şəxs qismində tanınan Elvin Nəcəfov və Vaqif Hacıyev məhkəməyə müraciət edərək onların iştirakı olmadan məhkəmənin keçirilməsini və özlərini zərərçəkmiş kimi hesab olunmamalarını istəyiblər.

Dövlət ittihamçısı Orxan Səmədov isə vəsatətə münasibət bildirib: “İbtidai istintaq orqanının mövqeyi olduğuna görə onlar zərərçəkmiş qismində tanınıblar və buna uyğun ifadə veriblər. Onların statusuna baxıla biləcəyi məhkəmə baxışına saxlanılsın və zərərçəkmiş statusu üzərlərində qalsın”.

Vəsatətin qəbul olunmasını zərərçəkmişlər hakimin səlahiyyətinə buraxdılar. Vəkillər və təqsirləndirilən şəxslər verilən vəsatətin təmin olunmasını istədilər.

Məhkəmə yerində müşavirə edərək qərara aldı ki, xüsusi ittiham qaydasında cinayət olmadığı üçün vəsatət təmin olunmadı.

Təqsirləndirilən Mehriban Abasquliyeva Perinatal Mərkəzdə yanğın baş verən zaman çəkilən videogörüntüləri məhkəməyə təqdim edib.  Muxtar Mustafayev təqdim olunan videogörüntülərin qanuni yolla əldə olunduğunu, personalın özünün səhlənkarlıq etdiyini söylədi və təqsirləndirilən şəxs Mehriban Abasquliyevanın işlədiyi dövrdə səhlənkarlıq etmədiyini məhkəmənin nəzərinə çatdırdılar.

Hakim təqsirləndirilən şəxsin nümayəndəsi tərəfindən sonuncu verilən yazılı məktubları baxılmamış saxladı. Dövlət ittihamçısı Orxan Səmədov münasibət bildirərək, sonuncu verilən vəsatətlərin (video şəkillər, fotolar)  iş materiallarına əlavə olunmalıdır, ancaq baxılmamış saxlanılmalıdır.

Vəkillər və təqsirləndirilən şəxslər vəsatətlərin təmin olunmasını istədilər.

Hakim müşavirə edərək vəsatətlərin cinayət işinin materiallarına əlavə olunması barədə qərar çıxartdı.

Sonra hakim məhkəmə istintaqının başlanmasını elan etdi ittiham aktını elan etmək üçün sözü dövlət ittihamçısına verdi.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, istintaqla müəyyən olunub ki, “Respublika Perinatal Mərkəzin” Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Qeyd edək ki, hər üç şəxs barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilib./unikal

www.yenicag.az

78
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv