!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Perinatal Mərkəzdəki yanğın zamanı təxliyə olunmuş iki körpə ölüb? - YENİLƏNDİ

!Reklam – Yazi

Respublika Perinatal Mərkəzində baş verən yanğından sonra Kliniki Tibbi Mərkəzə (KTM) köçürülən uşaqlardan ikisinin dünyasını dəyişməsinə dair məlumat yayılıb.

Yenicag.az-a KTM-dən verilən məlumata görə, yayılan məlumat həqiqəti əks etdirmir:

“Ötən gün və bu gün mərkəzdə heç bir uşaq ölümü qeydə alınmayıb”.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə isə, körpələr sözügedən yanğından üç gün sonra vəfat ediblər.

***

13:34

Respublika Perinatal Mərkəzində baş verən yanğından sonra Kliniki Tibbi Mərkəzə (KTM) köçürülən uşaqlardan 2-si dünyasını dəyişib.

Yenicag.az Bakupost.az-a istinadən xəbər verir ki, körpələr bu gün səhər saatlarında vəfat edib.

Qeyd edək ki, Perinatal Mərkəzində yanvarın 9-da 4 körpənin ölümü və bir neçə nəfərin tüstüdən zəhərlənməsi ilə nəticələnən yanğınla bağlı 3 vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Baş Prokurorluğun yaydığı məlumatda bildirilib ki, Respublika Perinatal Mərkəzin rəhbəri Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli barəsində məhkəmə qərarıyla ev dustaqlığı və vəzifədən kənarlaşdırma növündə qətimkan tədbirləri seçilib.

Onlar ehtiyatsızlıqdan və səhlənkarlıqdan yanğın təhlükəsizliyi qaydalarını pozmaqla iki və daha çox şəxsin ölümünə səbəb olmaqda ittiham olunurlar.

Perinatal Mərkəzdən təxliyə edilənlər Kliniki Tibbi Mərkəzə (KTM), KTM-in tərkibində fəaliyyət göstərən Ə.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasına, Yeni Klinikaya, Mərkəzi Neftçilər Xəstəxanasına, Sabunçu Tibb Mərkəzinə və Xətai Tibb Mərkəzinə yerləşdirilmişdi.

COP29

www.yenicag.az

363
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv