!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Peyvənd olunanların sayı açıqlandı

!Reklam – Yazi

Azərbaycanda son sutkada 2 292 nəfər vaksinasiya olunub.

Yenicag.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 490, ikinci doza vaksinləri sayı 269-dur.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 349-dir. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 184 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 764 407, birinci doza peyvəndlərin ümumi sayı 5 354 028, ikinci doza vaksinlərin sayı 4 853 487 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 307 795, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 249 097 olub.

www.yenicag.az

264
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv