Pezeşkian İranda maliyyə böhranından danışıb

media-hightechnic-468x90

“Əvvəlcə özümüzü tənqid etməliyik. Ədalətsizliyin, rüşvətin və qaçaqmalçılığın qarşısını almağa çalışmalıyıq”.

 

Yenicag.az IRNA-ya istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian ölkənin iqtisadi vəziyyəti ilə bağlı danışarkən bildirib.

 

“Mövcud imkan və şəraitə əsaslanaraq harada olduğumuzu, hara getmək istədiyimizi və bu yolu necə qət etməli olduğumuzu müəyyənləşdirməliyik”, – İran Prezidenti deyib.

 

O, hazırda bu istiqamətdə iş aparıldığını qeyd edib: “Amma qəbul etməliyik ki, bu problemlər bir gecədə həll oluna bilməz. Biz hazırıq, amma reallıqları da görmək lazımdır. Əvvəl deyin, hansı işi görmək istəyirsiniz? Maliyyə resursları məlumdur və bundan artıq imkanımız yoxdur. Əgər olsaydı, şübhəsiz ki, əsirgəməzdik”./apa

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa