Pezeşkian nəyə görə Bakıya GƏLİR? – “Azərbaycan səfirliyinə hücumla bağlı...”
“İran prezidenti Məsud Pezeşkianın gəlişində bir sıra məsələlər müzakirə olunmalıdır, çünki, əgər səmimi qonşuluq istəyirsənsə, özün də səmimi olmalısan”.
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa deyib.
O, İran prezidenti Məsud Pezeşkianın Bakıya gözlənilən səfəri fonunda Azərbaycan səfirliyinə hücumla bağlı məsələnin mümkün müzakirəsindən danışarkən deyib ki, bu kimi məsələlər gündəmə gəlməlidir.
“Dövlət həssaslığımızı ortaya qoymalıyıq. Çünki terror elə-belə məsələ deyil. Başqa ölkə ərazisində terroru dəstəkləmək, onu stimullaşdırmaq bütün hallarda ciddi reaksiya ilə qarşılanır. İran hansısa şəkildə bu terrora bağlılığını və bütün şübhələri ortadan qaldırmalıdır”, – deyə o bildirib.
Ətraflı videomaterialda:
Nəsimi Ələsgərli
Samir Məcidov