Pezeşkiandan fərqli OLARAQ: Tehranı Zəngəzur dəhlizi ilə bağlı qıcıqlandıran AMİLLƏR NƏDİR?

media-hightechnic-468x90

“Əgər İran bunu dərk edib anlasa, bütövlükdə bu, hər mənada İranın xeyrinə olacaq”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu bildirib.

media-elsadmirbesiroglu1

Politoloq İrandakı fars şovinistlərin və dini radikalların fəaliyyəti və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana qarşı münasibətini şərh edib.

Onun sözlərinə görə, Pezeşkian İranda keçirilən prezident seçkiləri ərəfəsində də təkrar-təkrar bəyan edirdi ki, dünya dövlətləri ilə İranın konstruktiv əlaqələrinin qurulmasının tərəfdarıdır:

“Prezident seçildikdən sonra da Pezeşkian səsləndirdiyi mövqeyə uyğun addımlar atmağa başladı. Beynəlxalq təmaslar sayəsində fəallıq nümayiş etdirdi, eləcə də Azərbaycana bir neçə dəfə səfər etdi, Azərbaycan-İran münasibətlərinin inkişafında çox maraqlı olduğunu nümayiş etdirdi və iki qonşu ölkə arasında münasibətlərin yeni səhifəsinin açılmasına imkan verdi”.

“Ayrıca olaraq Zəngəzur dəhlizi ilə bağlı Pezeşkianın mövqeyi ondan ibarətdir ki, Zəngəzur dəhlizi heç bir ölkənin ərazi bütövlüyünü pozmur. Belə olan halda da heç bir problem yoxdur. Bu da çox konstruktiv yanaşmadır. Onsuzda Azərbaycan hər bir addımında bütün iştirakçıların maraqlarına cavab verən konstruktiv əməkdaşlığın tərəfdarı olduğunu nümayiş etdirir. Regionda sülhün, təhlükəsizliyin təmin olunması üçün addımlar atır. Hesab edirəm ki, bütün dünya bunu görür və bu cür də qəbul edir”, – deyə o, əlavə edib.

Politoloq hesab edir ki, İran Azərbaycanla qarşılıqlı əməkdaşlığı davam etdirsə və ölkədə iki ölkə arasında münasibətlərin formalaşmasına imkan verməyənlər də bu fikirlə razılaşsa, bu münasibətlər hər iki ölkə üçün müsbət xarakter daşıyacaq:

“İranda fərqli düşüncə tərzinə malik olanlar hər zaman olubdur və hesab edirəm ki, onlar ya cərəyan edən proseslərin mahiyyətini doğru dərk etmirlər, ya da bilərəkdən bu cür mövqe sərgiləyirlər. Regionda məhz Azərbaycanın iradəsi ilə bütün iştirakçıların maraqlarına cavab verən əməkdaşlıq imkanları mövcuddur. Azərbaycan ayrıca olaraq İranla dinc qonşuluq münasibətlərinin inkişaf etdirilməsində, əməkdaşlığın genişləndirilməsində maraqlı olub və bununla da bağlı həmişə maraqlı mövqe nümayiş etdirib”.

Mütəxəssis sonda bəyan edib ki, Azərbaycanla İran birgə layihələrin iştirakçısıdır:

“Bundan sonra da İran regionda yeni əməkdaşlıq platformasının qurulması sahəsində Pezeşkianın rəhbərliyi altında Azərbaycanla İran arasında konstruktiv əməkdaşlıq imkanlarından istifadə oluna bilər. Sevindirici haldır ki, Pezeşkian bunu qiymətləndirib. İranda isə fərqli düşüncəyə sahib olanlar, düşünürəm ki, yeni əməkdaşlıq imkanlarından bəhrələnməyin İran üçün də nə dərəcədə faydalı olacağını anlaya bilmirlər. Əgər bunu dərk edib anlasalar bütövlükdə bu hər mənada İranın xeyrinə olacaq”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa