!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv
Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) Ramazan bayramı ilə əlaqədar iyunun 4-dən 10-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Yenicag.az xəbər verir ki, BBAK tərəfindən sərnişinlərin rahatlığının təmin olunması üçün bütün zəruri tədbirlər görüləcək. Sərnişin sıxlığının tənzimlənməsi məqsədi ilə ehtiyat avtobuslar sərnişindaşıma prosesinə cəlb olunacaq. Sərnişinlər yaranacaq suallarla bağlı (012) 406-01-58/59 nömrəli məlumat mərkəzi, kassaların yanında yerləşən məlumat bürosu və perron nəzarətçilərinə müraciət edə bilərlər. Məlumat üçün bildirək ki, səfər biletlərini reysin yola düşməsinə 10 gün qalmışdan başlayaraq, avtovağzalın və Nizami küçəsi 126a ünvanında yerləşən “Silkway” turizm şirkətinin kassalarından və onlayn qaydada “avtovağzal.az” saytı üzərindən əldə etmək mümkündür.

Beynəlxalq Avtovağzal bayramla əlaqədər gücləndirilmiş iş rejiminə keçəcək

Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) Ramazan bayramı ilə əlaqədar iyunun 4-dən 10-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
24424