!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

PKK-nı diriltmək CƏHDLƏRİ: “Türkiyəni müharibəyə qoşmaq istəyirlər”

!Reklam – Yazi

“PKK xaricdən dəstək almasa, bu cür əməliyyat keçirə bilməzdi”.

Bu fikri Türkiyənin Yaxın Şərqdə baş verən proseslərə cəlb edilməsi, müharibəyə qoşulması üçün atılan addımları Yenicag.az-a şərh edən hərbi ekspert Tərlan Eyvazov deyib.

Tərlan Eyvazovun sözlərinə də, İranla yanaşı, Türkiyəni də müharibəyə qoşmaq istəyirlər.

“ABŞ və İsrailin Yaxın Şərqdəki maraqlarını təmin etməsi üçün əsas iki hədəf var – Türkiyə və İran. Suriya əvvəlki qüdrətini itirib. Vətəndaş müharibəsi hələ də bitməyib. İranı nə daxildən parçalaya, nə də istədikləri kimi müharibəyə cəlb edə bildilər. Türkiyədə isə AK Partiya dönəmində daxildə baş verən terrorlar, sərhədlərdən kənara çıxarıldı. Türkiyə sərhədləri xaricində əməliyyatlar keçirərək, terror təşkilatlarının öhdəsindən gəlirdi”, – deyə o vurğulayıb.

Ekspert qeyd edib ki, son zamanlar MHP başqanının “Öcalan gəlib parlamentdə çıxış etsin” deməsinin ardınca terror haktının törədilməsi onu göstərir ki, PKK terror təşkilatını diriltmək cəhdləri var. PKK-nın ilk yaradıcılarından biri sovet “KQB”si olsa da, hazırda təşkilat ABŞ və İsrail tərəfindən idarə olunur. PKK xaricdən dəstək almasa, bu cür əməliyyat keçirə bilməzdi. Türkiyənin iqtisadi vəziyyətinin ürəkaçan olmaması, digər problemlərin varlığı, müxalifətin həddən ziyadə iqtidarın üzərinə getməsi, bələdiyyələrin müxalifətin əlinə keçməsi yaxın zamanlarda Türkiyədə kataklizmlərin olacağına şübhələr yaradır.

Bütün dövrlərdə olduğu kimi, Türkiyənin bu çətin vəziyyətdən çıxacağı gözləniləndir. Türkiyə 30 il əvvəlki Türkiyə deyil. Xarici siyasəti, silah sənayesinin inkişafı, ordusunun gücü onu deməyə əsas verir ki, Türkiyə bu təlatümlü dövrü arxada qoya biləcək”, ekspert bildirib.

Səxavət Məmməd

COP29

www.yenicag.az

122
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv