PKK silahları harada və necə təhvil verəcək?
Özünüləğv qərarı verən PKK terror təşkilatının silahları necə təhvil verəcəyi də bəlli olub.
Yenicag.az xəbər verir ki, bu barədə “CNN Türk” mənbələrə istinadən məlumat yayıb.
“Silahlar BMT-nin nəzarəti altında təhvil veriləcək. Təhvil-təslim prosesində beynəlxalq müşahidəçilər olacaq. Çatdırılmanın aparılacağı yerlər müəyyənləşib.
Üç mərhələdən ibarət plan çərçivəsində terrorçuların silahlarını təhvil verəcəyi yerlər müəyyənləşib. Silahlar İraqın şimal hissəsində yerləşən Duhok vilayətinin Amadiya, Ərbil və Köysancak, Süleymaniyyədə isə Seyid Sadiq rayonlarında təhvil veriləcək”, – məlumatda deyilir.