!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

PKK terrorçularının Dağlıq Qarabağa səfər marşrutu: “Azərbaycan İrandan izahat istəməlidir” – VİDEO

!Reklam – Yazi

“Azərbaycan İran hökumətindən terrorçu PKK dəstələrinin Dağlıq Qarabağa keçidinə şərait yaratmaqla bağlı izahat istəməlidir”.

Ermənistanın terrorçu PKK-nın İraq və Suriya qollarına mənsub yaraqlıları Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ regionunda yerləşdirməsinə dair yeni təfərrüatlar üzə çıxır. Misirin cairo24.com saytı “PKK yaraqlılarının Ermənistan ordusuna cəlbi” sərlövhəli məqaləsində Ermənistanın terrorçu PKK-nın Suriya və İraq qollarından olan terrorçuları İran ərazisi ilə Dağlıq Qarabağa gətirməsinin detallarına toxunub.

Həmin materialda bildirilir ki, Ermənistanla Azərbaycan arasında bu ilin iyulunda baş vermiş növbəti toqquşmalardan sonra PKK yaraqlılarının Ermənistan silahlı qüvvələrinin sıralarına cəlb olunmasına başlanılıb. Qeyd olunur ki, hazırda Ermənistana keçmək üçün gözləyən daha iki PKK qrupu var. Birinci qrup PKK-nın Suriya qolu olan YPG-nin 250 döyüşçüsündən ibarətdir.

Bu qrupun İraq ərazisində hərəkəti və daha sonra İrana keçirilməsilə iraqlıların Tehrana loyal “Bədr” təşkilatı məşğuldur. Həmin qrup hücum əməliyyatlarının keçirilməsi üzrə ixtisaslaşmış yaraqlılardan ibarətdir. Bu da erməni ordusunun Azərbaycanın mövqelərinə diversiya və terrorçu üsullardan istifadə etməklə, hücuma keçməyə hazırlaşdığını göstərir.

İkinci qrup isə Ərbildən cənubda, PKK-nın Maxmur hərbi bazasında yerləşir və 25 nəfərdən ibarətdir. Bu dəstə partizan müharibəsi aparmaq təcrübəsi olan döyüşçülərdən təşkil olunub və Azərbaycana qarşı əməliyyatlarda istifadə üçün nəzərdə tutulub.

Terrorçu PKK yaraqlılarının yuxarıda göstərilən marşrut üzrə Dağlıq Qarabağa gətirilməsi haqda məlumatları Yenicag.az-a dəyərləndirən Humanitar Təqdiqatlar Mərkəzinin rəhbəri, konfliktoloq Əvəz Həsənov bildirib ki, bu halda Azərbaycan hökuməti sözügedən məlumatlarla bağlı əldə etdiyi dəlilləri ortaya qoymalıdır:

“İlk növbədə, Azərbaycan bu məlumatlarla bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərinə xəbər verməlidir. İkincisi, Azərbaycan hökuməti Ermənistanı bu cür hərəkətlərə yol verməkdən çəkindirən addımlar atmalıdır.

Qarşı tərəfə bildirilməlidir ki, həmin faktlar öz təsdiqini taparsa, Azərbaycan işğal altında olan ərazilərində terrorçuların zərərsizləşdirilməsi üçün hərbi əməliyyatlar apara bilər.

Azərbaycan çalışmalıdır ki, beynəlxalq qanunvericilik çərçivəsində terrorçuların ölkəmizin işğal olunmuş ərazilərində yerləşdirilməsinin qarşısı alınsın”.

Məqalədə Ermənistanın təcavüzkar əməlləri davam etdirməsində Rusiya və İran kimi strateji müttəfiqlərinin regional maraqlarına da toxunan Əvəz Həsənova görə, Azərbaycan İranın Ermənistana dəstəyi ilə bağlı sərt byanatla çıxış edə bilər:

“Azərbaycan məlum Tovuz döyüşləri zamanı Ermənistana silah daşımasına görə Rusiyaya qarşı çox sərt bəyanatla çıxış etmişdi. İndi İrana qarşı da eyni tərzdə sərt bəyanat vermək olar.

Azərbaycan İrana qəti şəkildə bildirməlidir ki, PKK yaraqlılarının onun ərazisindən keçərək Dağlıq Qarabağa yerləşməsi ölkəmiz üçün ciddi təhlükədir. Buna görə də İranın Ermənistana bu cür dəstəyi Azərbaycana qarşı birbaşa təhdid kimi qəbul edilə bilər”.

Gülşən Şərif

www.yenicag.az

2677
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv