Reklam: High Technic
hightechnic

PKK-ya ağır zərbə – 1707 ölü

 

434Türkiyə silahlı qüvvələrinin PKK Terror Təşkilatına qarşı mübarizəsi davam edir. Qardaş ölkədə sabitliyi pozmağa cəhd edən 1707 terrorçu zərərsizləşdirilib.

Yenicag.az xəbər verir ki, son 92 gündə (7 iyul-6 oktyabr) Türkiyə 141 qulluqçu (əsgər, polis və meşəbəyi), biri iranlı olmaqla 37 nəfər sivil vətəndaş itirdi. 3-ü iranlı olmaqla 474 nəfər yaralandı.

Buna qarşılıq olaraq da, 204 PKK-lı əsir alındı, 2852 nəfər PKK-lı ittihamı ilə həbs edildi. 1707 PKK terrorçusu isə gəbərdildi.

Qeyd edək ki, bölgədə baş verənlər PKK-ya ciddi zərbə vurub. Belə ki, bu zamana qədər PKK “vur-qaç” üsulundan istifadə etdiyi üçün həmişə Türkiyənin şəhid sayı PKK leşlərindən daha çox olurdu. Bu dəfə isə ordu tədbirli davrandığından hər on PKK-lı ölüsünə qarşılıq olaraq bir ancaq bir türkü şəhid edə biliblər. Bu da PKK daxilində ciddi problemlərə səbəb olmaqdadır.

Yenicag.az

www.yenicag.az

125