Polis əxlaqsızlığı təbliğ edən saytla bağlı hərəkətə keçdi

media-hightechnic-468x90

img1764139Bakıda əxlaqsızlığı yayan yeni sayt fəaliyyətə başlayıb.

Yenicag.az anspress-ə istinadən bildirir ki, “Baku Escort” adı altında fəaliyyətə başlayan bu sayt, guya boş vaxtlarını sərfəli və səmərəli keçirmək istəyən insanlar üçün xidmət göstərir.

Əslində isə sayt fahişəliyi təbliğ edir. Saytda xanımların xidmətləri təklif edilir. Saytda dünyanın bütün yerindən fahişələr təklif olunur. Onların adları, çılpaq fotoları açıq şəkildə nümayiş edilir.

Qızları bəyənənlər üçün isə onlarla əlaqə yaratmaq üçün telefon nömrələri yazılır. Maraqlıdır ki, həmin sayta heç bir məhdudiyyət olmadan girmək mümkündür.

Məsələ ilə əlaqədar  Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edilib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Müşviq Əmirov  açıqlamasında bildirib ki, sayt qeydiyyatdan keçib. Anspress-in müraciəti əsasında rabitə nazirliyi hüquq-mühafizə orqanlarına müraciət edib. Saytın faəliyyəti araşdırılaraq, müvafiq tədbirlər görüləcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600