Polis uşağa belə işgəncə verdi-Video
Yenicag.az xəbər verir ki, Amerikada baş verən hadisə eşidənlərin qəzəbinə səbəb olub. Beləki, polis 13 yaşlı uşağa elektroşok verib.
Oğlunun iki gündür evə gəlmədiyini görən ana polisə müraciət edib. Axtarışlara başlayan polis uşağı bir parkda görüb. Onu evə aparmaq istəyərkən isə etirazla qarşılaşıb.
Uşağın qaçmaq istədiyini görən polis ona 50 min voltluq elektroşok verib. Ağrılar içində qıvranan uşağı görən ətrafdakılar bu hadisəni mobil telefonla çəkiblər.
Video yayılanandan sonra isə ictimaiyyətdə böyük səs küyə səbəb olub. Lakin polis rəisi günahın uşaqda olduğunu deyərək polisi müdafiə edib.