Polis uşağı belə güllələdi-Video
ABŞ-ın Klivlend şəhərində iki polis tərəfindən 12 yaşlı qaradərili uşağın öldürülməsi videosu yayılıb.
Videoda doğrudan da uşağın parkda əlində silah gəzdiyi görsənir. Bütün bu anlar təhlükəsizlik kamerası tərəfindən çəkilib. Görüntülərdə polis maşını uşağın yanında dayanır və 2 polis yerə düşür. İki saniyədən sonra isə Tamir Rice adlı uşaq vurulur.
Tamirin avtomobilin içində oturan polis tərəfindən vurulduğu üzə çıxıb.
22 noyabrda vurulan Rice bir gün sonra xəstəxanada həyatını itirib.