Ads by Google

hightechnic
Ads by Google

vaz23232Avqustun 19-da, səhər saatlarında Bakı-Şamaxı yolunda Yol-Patrul Xidməti avtomobilinin iştirakı ilə yol qəzası baş verib.

Bu barədə şahidlər məlumat verib. Bildirilir ki, saat 08:30-da Dövlət Yol Polisi İdarəsinin Şamaxı postunun yaxınlığında «VAZ» markalı avtomobil başqa bir avtomobillə toqquşub. Zərbə o qədər güclü olub ki, «VAZ» iki hissəyə parçalanıb. Həmin vaxt ərazidə xidmət edən DYP əməkdaşları da qəzaya düşüb. Belə ki, 99 YP 822 dövlət nömrə nişanlı DYP avtomobili də zərbəyə tuş gələrək yoldan çıxıb. Hadisə zamanı DYP maşınına xeyli maddi ziyan dəyib. Avtomobildə olan polis əməkdaşlarının xəsarət almadığı bildirilir. Digər avtomobillərdə isə ölən və yaralananların olub-olmaması barədə məlumat yoxdur(avtosfer)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 48
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."