Polşa-Ukrayna GƏRGİNLİYİ: Səfirə nə izah olundu?

media-hightechnic-468x90

Polşa ilə Ukrayna aralarındakı gərginliyi azaltmaq üçün məsləhətləşmələr aparır.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu məqsədlə Ukraynanın Varşavadakı səfiri Vasili Zvariç ölkənin Xarici İşlər Nazirliyinə (XİN) dəvət edilib.

Məlumata görə, bu barədə danışan Polşanın xarici işlər nazirinin müavini Arkadiuş Mulyarçik bildirib ki, Ukrayna səfirinin nazirliyə dəvət olunması iki ölkə arasında yaranan gərginliyin səbəblərini aydınlaşdırmaq məqsədi daşıyıb.

Nazir müavini qeyd edib ki, Polşa-Ukrayna münasibətlərində özünü göstərən gərginliyin səbəbi heç bir halda Varşavanın davranışları deyil:

“Biz Ukrayna ilə mübahisəyə girmək niyyətində deyilik. Çünki bundan başqaları faydalanmağa çalışacaqlar. Belə olmasını istəmirik. Polşa ilə Ukraynanın ortaq maraqları və hədəfləri var”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa