Polşada Belarus müxalif İTKİN DÜŞDÜ
Polşanın Milli Prokurorluğu Belarus Koordinasiya Şurasının sədri Anjelika Melnikovanın itməsi və mart 2025-ci ildə azadlıqdan məhrum edilməsi ilə bağlı araşdırma başlatdı.
Yenicag.az RMF24-ə istinadən xəbər verir ki, bu barədə prokuror Katajina Kaluv-Yaşevskaya məlumat verib.
Prokuror bildirib ki, istintaq Lyublin Bölgə Prokurorluğunda qeydə alınıb.
“Bu iş üzrə bu gün araşdırma başlandı, o cümlədən Cinayət Məcəlləsinin 189-cu maddəsinin 1-ci hissəsi (azadlıqdan məhrum etmə) üzrə istintaq, Anjelika M.-nin mart 2025-ci ildə itməsi və azadlıqdan məhrum edilməsi ilə bağlı hallarını araşdıracaq”, – deyə o, qeyd edib.
İstintaq itkin düşən şəxsin yoxa çıxması ilə əlaqəli ola biləcək hadisələri araşdırmaq məqsədilə Daxili Təhlükəsizlik Agentliyinə tapşırılıb.
Qeyd edək ki, Belarus Koordinasiya Şurasının sədri, Varşavada yaşayan Anjelika Melnikova 2025-ci il martın 25-də itkin düşüb. Onunla birlikdə iki qızı da itkin düşüb. 6 və 12 yaşlarında olan qızlar Polşada anaları ilə birlikdə yaşayırdılar. Bu barədə Belarus insan hüquqları müdafiə mərkəzi “Vyasna” “Telegram” kanalında məlumat yayıb.