!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Polşada Rusiya təcavüzünə HAZIRLIQ: Sərhəddə yeni briqadalar yaradılır

!Reklam – Yazi

Rusiyadan hərbi təcavüz təhlükəsinin artması Polşanı zəruri tədbirlər görməyə vadar edib.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Polşanın müdafiə naziri Mariuş Blaşak Ukrayna ilə sərhəd ərazilərdə yeni briqadaların yaradılmasına başlanıldığını bildirib.

Nazirin sözlərinə görə, yeni briqadaların komplektləşdirilməsi üçün paytaxt Varşava, o cümlədənUkrayna ilə sərhədə yaxın ərazidə yerləşən Xelm və Pşemısl şəhərlərində toplanış elan edilib.

Qeyd olunur ki, Varşavada formalaşdırılacaq briqada paytaxtın müdafiəsi ilə məşğul olacaq, digər iki briqada isə Sərhəd Xidmətinin qüvvələri ilə əlaqəli fəaliyyət göstərəcək.

Yeni briqadaların öz komanda qərargahları, yüngül piyada taborları, xüsusi bölmələri, həmçinin maddi-texniki, istehkam və tibbi taborlarının olması nəzərdə tutulub.

www.yenicag.az

404
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv